Milli Məclisin bu gün keçirilən plenar iclasında helikopter qəzası zamanı şəhid olan hərbi qulluqçularımızın xatirəsi anılıb.
Cia.az-ın məlumatına əsasən, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərimizə Allahdan rəhmət, yaralı hərbi qulluqçularımıza isə şəfa diləyib.
Şəhid hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.