banner
banner

Hərbİ

Qəzada yaralanan hərbçilərin səhhəti ilə bağlı - Açıqlama

Qəzada yaralanan hərbçilərin səhhəti ilə bağlı

Xızı rayonu ərazisində qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinin “Mi-17” tipli hərbi helikopterində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun hazırkı vəziyyəti açıqlanıb. 

Bu barədə Cia.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Hospitalına yerləşdirilən hər iki hərbçinin səhhəti normaldır və müalicələri davam etdirilir. 

Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya düşüb. Hadisə nəticəsində 14 hərbçimiz şəhid olub, 2-si isə yaralanıb.

 

Faktla əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.