banner
banner

Dünya

Seksual prokror od püskürdü - FOTO+VİDEO

Seksual prokror od püskürdü -

Krımda saxlanan Ukraynanın "Azov" könüllü batalyonunun döyüşçüsünü ömürlük həbs cəzası gözləyir.
Bu barədə Krımın baş prokuroru Natalya Poklonskaya açıqlama verib.
Saxlanan şəxs keçən il Simferopolda Çukurça məscidinin yanğınında və respublika prokurorluğunun binasında terror aktının hazırlığına iştirakda ittiham edilir.
"Onun törətdiyi əməllər görə, ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur", — Poklonskaya deyib.
Krım prokuroru əlavə edib ki, saxlanılan şəxsin "Azov" batalyonunun üzvü olması barədə prokurorluqda kifayət qədər dəlil var.
Poklonskaya həmçinin, ukraynalı radikalların bundan sonra Krıma girməyə cəhd etməyəcəklərini güman etdiyini deyib.
"Xüsusi xidmət orqanları işləyir və bütün potensial radikallar bizə məlumdur." - deyə baş prokuror bildirib.
Xatırladaq ki, Ukrayna milli qvardiyasının "Azov" könüllü batalyonunun üzvü Krım prokurorluğunun binasında terror aktı törətməyə hazırlıqda şübhəli bilinərək saxlanılmışdı.
Partlayıcı maddəylə dolu çanta 2014-cü ilin avqustunda Simferopolda Krım prokurorluğunun binası yanında aşkar edilmişdi. 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.