“F-16 qırıcılarının xidmət müddəti başa çatır“ - Akar
"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının xidmət müddəti başa çatır".
Cia.az "Green City Times"a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Türkiyə Hərbi Hava Qüvvələri 2016-cı ildə uğursuz çevriliş cəhdindən sonra aparılan təmizləmədən sonra nəinki kadr çatışmazlığı ilə üzləşib, həm də beşinci nəsil Amerika F-35 qırıcılarını ala bilmir.
Türkiyə Rusiyadan S-400 sistemi aldıqdan sonra F-35 qırıcı proqramından çıxarılıb.
Akar qeyd edib: "Hərbi məhsulların xaricdən alınmasına ehtiyacımızı açıqladıq. Biz 40 F-16 üçün ərizə təqdim etmişik. ABŞ Müdafiə Nazirliyi ehtiyaclarımızın ödənilə biləcəyini, lakin Konqresin təsdiqinin tələb olunduğunu söylədi. Nəticələri gözləyirik”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.