banner
banner

Dünya

İranın 10 şəhərində məktəblər distant təhsilə keçib

İranın 10 şəhərində məktəblər distant təhsilə keçib

İranın paytaxtı Tehranda və 9 ətraf şəhərdə məktəblə distant təhsil sisteminə keçib.

Cia.az-ın məlumatına görə, buna havanın həddən artıq çirkli olması səbəb olub.

Tehran meriyasının qərarı ilə, Tehran, Rey, Kəhrizək, İslamşəhr, Cavadabad, Pakdəşt, Qərçək, Pişva və Vəramin şəhərlərində uşaq bağçaları və məktəblər distant təhsil sisteminə keçib.

Bundan başqa, Tehran əyalətində bəzi sənaye müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul olunub.

Eləcə də əyalətdə dizel yanacağı istifadə edən yük maşınlarının gecələr hərəkət etməsinə məhdudiyyət qoyulub.

Tehranda havanın həddən artıq çirkli olması səbəbindən 8-9 dekabrda paytaxtın müxtəlif meydan və küçələrində təcili tibbi yardım xidməti maşınları növbə tutacaq.

Qeyd edək ki, İranın paytaxtı Tehran dünyanın ən çox çirklənən şəhərlər siyahısında ilk onluqda yer alır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.