Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Bayden arasında videokonfrans keçiriləcək. Telekörpü rejimində görüş zamanı regional təhlükəsizlik də daxil olmaqla ən vacib məsələlər müzakirə olunacaq. Əsas diqqət mərkəzində isə Ukraynadakı vəziyyət olacaq.
Rusiya NATO-nun Ukrayna ordusuna təchizat baxımından yardımından narahatdır, amerikalılar və avropalılar Rusiya qoşunlarının qərb sərhədləri yaxınlığında yüksək hərəkətliliyindən danışırlar (Moskva bunu kontingentinin öz ərazisində normativ qaydada hərəkəti ilə izah edir).
Ötən həftə Vladimir Putin substantiv danışıqlar aparmaq və NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı hüquqi təminat almağı təklif edib. Qərb mətbuatının yazdığına görə, ABŞ Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni anti-Rusiya sanksiyaları məsələsi üzərində işləyir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.