banner
banner

Dünya

Dünyada ilk dəfə BƏƏ-də 4.5 günlük iş həftəsinə keçiləcək

Dünyada ilk dəfə BƏƏ-də 4.5 günlük iş həftəsinə keçiləcək

 

 

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istirahət günləri şənbə və bazar günlərinə keçirilib, beş günlük iş həftəsi isə yarım gün qısaldılıb.

Bu qərarla ölkə qarşısına işgüzar əlaqələri gücləndirmək məqsədini qoyub.

Yeni qrafikə keçid 2022-ci il yanvarın 1-dən baş tutacaq. Hələlik bu qərar sadəcə dövlət qurumlarına şamil ediləcək. Dövlət sektorunun nümunəsində özəl şirkətlərin də bu qaydaya keçid edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Fars körfəzinin digər ölkələrində istirahət günləri cümə, şənbə və ya cümə axşamı, cümə günləri hesab olunur. Bu İslam dinində cümə gününün müqəddəs hesab olunması ilə əlaqədardır.

BƏƏ-də isə bundan sonra cümə günü istirahət günü deyil, qısa iş günü olacaq. Dövlət qurumları saat 12:00-a qədər fəaliyyət göstərəcək ki, əməkdaşlar günorta dini ibadətlərini yerinə yetirə bilsinlər.

Beləliklə, BƏƏ dünyada 4,5 günlük rəsmi iş həftəsi elan edən ilk ölkə olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.