banner
banner

Şou

Meyxanaçı Kərimin oğlu Nazilə Səfərlini polisə verdi

Meyxanaçı Kərimin oğlu Nazilə Səfərlini polisə verdi

Meyxanaçı Kərim Novruzovun (Ağakərim) oğlu Kamil Novruzov şair Nazilə Səfərlidən polisə şikayət edib.

Cia.az xəbər verir ki, bu barədə o, OLAY-a açıqlamasında bildirib. Kamil deyib ki, Səfərlinin ittihamları ilə bağlı 102 xidmətinə zəng edib:

“Bu böhtanlardan yoruldum. Ona görə 102 xidmətinə zəng etdim, məni Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə yönləndirdilər. O yazıb ki, guya psixotrop dərmanlar verirəm və sair. Bunlar balaca məsələ deyil, böyük ittihamlardır. Əlimdəki sübutlarla, həkimlərin yazdığı reseptlərlə, Səhiyyə Nazirliyinin qoyduğu əlillik diaqnozu ilə bölməyə yaxınlaşdım və ərizə yazdım".

Qeyd edək ki, N.Səfərli bir neçə gün öncə instaqramda status yazaraq Kamilin atasına qəsdən psixotrop iynələr vurduğunu, ondan bağını 150 minə satdığını iddia edib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.