“Sosial şəbəkələrdə, elan saytlarında oyuncaq silah satışı var. Əksəriyyəti isə dəmir konstruksiyalıdır. Oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.
Onun sözlərinə görə, bu oyuncaq əşyanı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olur:
“Yoxlayırıq, araşdırırıq, müəyyən edib dəvət edirik - cavab verir ki, “oyuncaqdır, elə-belə gəzdirirəm...”. Bu,“elə-belə” gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və nə səbəbə gəzdirir. Bu özünü göstərməkdir? Bu özünü güclü təqdim etməkdir? Bu kiminsə diqqətini çəkməkdir?
Həmin şəxslərin diqqətinə çatdırırıq - bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.