Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının 16-cı Konfransının açılışında çıxış edib.
Cia.az xarici KİV-ə istinadən bildirir ki, Ərdoğan çıxışı zamanı Qüdsü müqəddəs şəhər adlandırıb və Fələstin davasının bütün İslam dünyasının ortaq problemi olduğunu bildirib.
“Qüdsü qorumaq haqqı qanunu, ədaləti və sivilizasiyanı qorumaqdır. Fələstin məsələsi gündəmimizin başında olmaqda davam edir. Fələstinli qardaşlarımızın küçənin ortasında edam edildiyini, günahsız fələstinli uşaqlara qanlı terrorçu kimi baxıldığını görürük. Eyni şəkildə Qəzzanın ədalətsiz, qanunsuz və vicdansız blokadası davam edir” -deyə, Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.