“Mədəniyyətlərin qarşıdurması səbəbindən yunan Kipri Qərbdə tanınıb”.
Cia.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan mediasının təmsilçiləri ilə videokonfrans formatında görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti deyib ki, Avropa İttifaqının məqsədi Türkiyənin Şərqi Aralıq dənizində təsirini azaltmaqdır: “Biz sizin mənəvi dəstəyinizi istəyirik. İmzalanmış sazişlə Azərbaycana edilən hücum Türkiyəyə hücum, Türkiyəyə hücum Azərbaycana hücumdur. Təki "Bir millət, üç dövlət" olaq. Kipr Türkiyənin təhlükəsizliyi üçün çox önəmlidir. Bütün bu məsələlərin gündəmə gəlməsi vacibdir”.
Ersin Tatar qeyd edib ki, 50 il əvvəl nə internet, nə mobil telefonlar vardı: “Sadəcə əsarət altında Azərbaycan olduğunu bilirdik. İndi reallıq dəyişib”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.