ABŞ administrasiyasının bəzi nümayəndələri şərq bölgələrinə qismən muxtariyyət verilməsi üçün Ukraynaya təzyiq göstərməyi təklif ediblər.
Cia.az "Associated Press"ə istinadla xəbər verir ki, bir sıra kəşfiyyat idarələri Ukraynanın bu bölgələri geri almaq üçün hərbi müdaxiləyə əl ata biləcəyini proqnozlaşdırır.
Məlumatlarda Rusiyanın yanvarın sonu Ukraynaya qarşı açıq hərbi təcavüz göstərə biləcəyi də qeyd olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.