banner
banner

Dünya

Litva miqrantlara qayıdış üçün pul vəd edir

Litva miqrantlara qayıdış üçün pul vəd edir

Litva miqrantlara ölkəni tərk etmələri üçün pul ödəyəcək.

Cia.az "Al-Arabia"ya istinadla xəbər verir ki, Litvanın Daxili İşlər Nazirliyi Belarusdan ölkəyə keçmiş miqrantların vətənlərinə qayıtması üçün qiymətləri açıqlayıb.

Öz ölkəsinə könüllü olaraq qayıtmağa qərar verən hər miqrant min avro və evinə pulsuz bilet alacaq.

"Ümid edirik ki, bu məbləğ Litvanı könüllü olaraq tərk etmək istəyənlərin sayını artıracaq", - nazirliyin məlumatında deyilir.

Hazırda Litvada olan 3.272 miqrantdan yalnız 54-ü qaçqın statusu ilə təmin edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.