“Microsoft” proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan öncə pirat proqram təminatlı kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq Bakının kompüter dükanlarında növbəti reyd keçirib. Yoxlama zamanı Bakıda fəaliyyət göstərən ticarət nöqtələrindən birində öncədən “Microsoft” proqram təminatı quraşdırılmış və piratçılıq əlamətləri müşahidə olunan üç kompüter müsadirə olunub.
Bundan başqa, yoxlama prosesində proqramların pirat nüsxələrinin quraşdırılması üçün istifadəsi ehtimal olunan bir neçə informasiya daşıyıcısı da müsadirə edilib.
Hazırda müsadirə olunmuş əmlakın ekspertizası keçirilir və görüləcək hüquqi tədbirlərlə bağlı məsələlər həll olunur.
Növbəti reydin keçirilməsinə başlıca əsas cari ilin mart ayında kompüter bazarında aparılan yoxlamaların nəticələri olub. Belə ki, nəticələrə əsasən, yoxlama aparılan ticarət nöqtələrinin yarısında pirat proqram təminatı quraşdırılmış kompüter texnikasının açıq şəkildə satışı və işçi heyəti tərəfindən pirat proqram təminatının bilavasitə mağazada quraşdırılması halları aşkarlanıb.
Proqramların pirat nüsxələrinin yayılması ilə məşğul olan satıcılar müəllif hüquqlarının qorunması ilə bağlı qanun pozuntusuna yol verməklə yanaşı, kompüter alıcılarını vergi qanunvericiliyini pozmağa da sövq edə bilərlər. Proqram təminatı qanuni yolla əldə olunmadıqda, müəssisənin balansına daxil edilə bilməz və bununla da fiskal və vergi orqanlarının yoxlamaları zamanı əlavə risk yaranır.
Kompüter satışı üzrə ticarət nöqtələri pirat proqram təminatının kompüterlərdə quraşdırılmasının başlıca mənbələrindəndir. Kompüter satıcıları aşkar və ya gizli şəkildə müştərilərə lisenziyasız proqram təminatını quraşdıraraq “qənaət” etməyi təklif edirlər və buna görə də onlardan əlavə ödəniş alırlar. Yoxlamaların nəticələrinə əsasən 30% hallarda müştərilərə “Windows” əməliyyat sisteminin “nümayiş üçün olan versiyalar”ı təklif olunur. 40% hallarda isə satış nümayəndəsi istənilən proqram təminatının əlavə ödəniş əsasında quraşdırılmasını təklif edib.
DİN, Azərbaycan Müəllif Hüquqları Agentliyi və “Microsoft Azerbaijan” şirkəti potensial alıcıları mümkün risklərdən qorumaq və kompüter texnikası tədarükçülərinin müəllif hüquqlarına əməl edilməsi ilə bağlı intizamının artırılması məqsədi ilə kompüter piratçılığına qarşı mübarizə istiqamətində əməkdaşlığın genişləndirilməsini planlaşdırır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.