banner
banner

Dünya

Hökumət buraxıldı

Hökumət buraxıldı

Çili prezidenti Mişel Baçelet (Michelle Bachelet) höküməti istefaya göndərib. Prezident bir neçə gündən sonra yeni nazirlər kabinetinin tərkibini elan edəcəyini bildirib.
“Bir neçə saat əvvəl mən bütün nazirlərimin istefa verməsini xahiş etmişəm və mənə onlardan kimin qalacağı, kimin gedəcəyini müəyyən etmək üçün bir neçə saat lazımdır”, - deyə, Baçelet Çili televiziyasının efirində bəyan edib.
Miçel Baçelet Çilidə prezident vəzifəsində ilk qadındır. Çilidə hökumət dəyişikliyi onun prezident vəzifəsinə gəldiyindən cəmisi 14 ay keçmiş baş verir.

Bir sıra korrupsiya qalmaqalından sonra son həftələr ərzində Baçeletin seçki reytinqi ən aşağı səviyyəyə düşüb. Sosioloji sorğuların nəticələrinə əsasən, hazırda prezidentin fəaliyyətindən respondentlərin 64 faizi narazıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.