banner
banner

Gündəm

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Moldovada yad edilib -Fotolar

12 dekabr 2021-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar, ölkəmizin Moldovadakı Səfirliyinin qarşısındakı bağçada ucadılmış ulu öndərin büstü önünə gülqoyma mərasimi keçirilib.

Cia.az-a səfirlikdən verilən məlumata görə, mərasimə qardaş Türkiyə Respublikasının Moldovadakı Səfirliyinin diplomatı, yerli iş adamları və sakinlər, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) üzvləri, çoxsaylı həmvətənlərimiz, Moldovada yaşayan müxtəlif icma nümayəndələri qatılıb.

İlk olaraq səfir Qüdsi Osmanov çıxış edərək, müasir müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Xalqımız üçün ən ağır anlarda Heydər Əliyevin daim xalqın yanında olmasını qeyd edən səfir məhz Ulu öndərin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başladığını, dövlətçiliyin əsasları qoyulduğunu, ciddi islahatlar aparıldığını və Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu yer tuta bildiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, inkişafının təməli ulu öndər tərəfindən qoyulmuş Azərbaycan onun siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev sayəsində regionun aparıcı dövlətinə çevrilib. Q.Osmanov ötən il prezidentimizin uzaqgörən siyasəti, ordumuzun gücü və xalqımızın birliyi nəticəsində bütün azərbaycanlıların Zəfər sevincini yaşadığını, azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə sürətli və genişmiqyaslı quruculuq və bərpa işlərinin aparıldığını bildirib. Çıxışının sonunda səfir on səkkiz il bundan əvvəl Azərbaycanın dahi liderini itirdiyini kədərlə qeyd edib, habelə bu günün milli birlik günü olduğunu və ulu öndərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşacağını vurğulayıb.

Mərasimdə Türkiyə Səfirliyinin diplomatı Özlem Okuyucu ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı altında Azərbaycan-Türkiyə qardaşlığının daim yaşayacağını bildirib, ulu öndərin xatirəsini ehtiramla yad edib.

Daha sonra MAK-ın sədri Elçin Bayramov çıxışında yalnız xalqımız üçün deyil, eləcə də dünyada örnək alınası şəxsiyyət olan Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdiyini, bu gün Səfirliyə toplaşan soydaşlarımızın bu ideologiya sayəsində milli-mənəvi, vətənpərvərlik dəyərlərini yaşadaraq gənc nəsillərə ötürdüyünü qeyd edib.

Sonda MAK-ın nüfuzlu və vətənpərvər üzvü Maarif Rəhimov Ulu öndərin xalqımız və ölkəmizin rifahı naminə gördüyü işlərdən danışıb, həmyerlimiz Məhəbbət İsmayılov dahi siyasi xadimə həsr etdiyi şeiri səsləndirib.

Ulu öndərin vəfatının on səkkizinci ildönümünə həsr edilmiş mərasim Heydər Əliyevin Səfirliyin qarşısındakı bağçada ucadılmış büstü önünə qonaqlar tərəfindən gül dəstələri qoyulması ilə yekunlaşıb.

Musavat.com

12 dekabr 2021-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar, ölkəmizin Moldovadakı Səfirliyinin qarşısındakı bağçada ucadılmış ulu öndərin büstü önünə gülqoyma mərasimi keçirilib.

Musavat.com-a səfirlikdən verilən məlumata görə, mərasimə qardaş Türkiyə Respublikasının Moldovadakı Səfirliyinin diplomatı, yerli iş adamları və sakinlər, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) üzvləri, çoxsaylı həmvətənlərimiz, Moldovada yaşayan müxtəlif icma nümayəndələri qatılıb.

İlk olaraq səfir Qüdsi Osmanov çıxış edərək, müasir müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Xalqımız üçün ən ağır anlarda Heydər Əliyevin daim xalqın yanında olmasını qeyd edən səfir məhz Ulu öndərin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başladığını, dövlətçiliyin əsasları qoyulduğunu, ciddi islahatlar aparıldığını və Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu yer tuta bildiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, inkişafının təməli ulu öndər tərəfindən qoyulmuş Azərbaycan onun siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev sayəsində regionun aparıcı dövlətinə çevrilib. Q.Osmanov ötən il prezidentimizin uzaqgörən siyasəti, ordumuzun gücü və xalqımızın birliyi nəticəsində bütün azərbaycanlıların Zəfər sevincini yaşadığını, azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə sürətli və genişmiqyaslı quruculuq və bərpa işlərinin aparıldığını bildirib. Çıxışının sonunda səfir on səkkiz il bundan əvvəl Azərbaycanın dahi liderini itirdiyini kədərlə qeyd edib, habelə bu günün milli birlik günü olduğunu və ulu öndərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşacağını vurğulayıb.

Mərasimdə Türkiyə Səfirliyinin diplomatı Özlem Okuyucu ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı altında Azərbaycan-Türkiyə qardaşlığının daim yaşayacağını bildirib, ulu öndərin xatirəsini ehtiramla yad edib.

Daha sonra MAK-ın sədri Elçin Bayramov çıxışında yalnız xalqımız üçün deyil, eləcə də dünyada örnək alınası şəxsiyyət olan Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdiyini, bu gün Səfirliyə toplaşan soydaşlarımızın bu ideologiya sayəsində milli-mənəvi, vətənpərvərlik dəyərlərini yaşadaraq gənc nəsillərə ötürdüyünü qeyd edib.

Sonda MAK-ın nüfuzlu və vətənpərvər üzvü Maarif Rəhimov Ulu öndərin xalqımız və ölkəmizin rifahı naminə gördüyü işlərdən danışıb, həmyerlimiz Məhəbbət İsmayılov dahi siyasi xadimə həsr etdiyi şeiri səsləndirib.

Ulu öndərin vəfatının on səkkizinci ildönümünə həsr edilmiş mərasim Heydər Əliyevin Səfirliyin qarşısındakı bağçada ucadılmış büstü önünə qonaqlar tərəfindən gül dəstələri qoyulması ilə yekunlaşıb.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi

Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.