Roma Papası Fransisk Ukrayna xalqına dəstəyini ifadə edərək, ölkə ətrafında yaranmış gərginliyi beynəlxalq dialoq yolu ilə həll etməyə çağırıb.
“Mən əziz Ukrayna, onun bütün kilsələri, dini icmaları və xalqı üçün dualar etmək istərdim ki, hazırkı gərginlik silahlar vasitəsilə deyil, ciddi beynəlxalq dialoq yolu ilə həll olunsun”, - deyə pontifik Vatikandakı Apostol sarayının pəncərəsindən etditi ənənəvi müraciəti zamanı bildirib.
“Bu yaxınlarda öyrəndiyim statistika məni çox kədərləndirdi. Bu il ötən ilə nisbətən daha çox silah istehsal olunub. Silahlarlar çıxış yolu deyil. Qoy bu Milad bayramı Ukraynaya sülh gətirsin”, - o, əlavə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.