banner
banner

Dünya

İran kriptovalyutası tezliklə bazara çıxacaq

İran kriptovalyutası tezliklə bazara çıxacaq

 

İran Mərkəzi Bankının sədri Əli Saleh Abadi İran kriptovalyutasının sınaq versiyasının tezliklə bazara çıxacağını bildirib.

O, bu barədə Tehranda keçirilən konfransda çıxış edərkən məlumat verib.

 

“Milli kriptovalyuta Mərkəzi Bankın gündəmindəki mühüm məsələlərdən biridir. Bununla bağlı infrastruktur hazırlanıb və lazımi təlimatlar veriləcək. Sınaq versiyası qısa müddətdə bazarlara çıxacaq”, - deyə Abadi bəyan edib.

Qeyd edək ki, İran güzəştli elektrik tariflərinə görə Çin, Rusiya, ABŞ, Qazaxıstan, Kanada və İslandiya ilə birlikdə dünyada ən çox kriptovalyuta istehsal edən 7 ölkədən biridir.

Mənbə: TRT



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.