Qusarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı keçirilir. Rayon rəhbərliyi və ziyalılar Heydər Əliyevin rayondakı büstünü ziyarət ediblər. Ziyarətçilər büstün qarşısına gül qoyublar, Ulu öndərin ruhuna dualar oxunub. Daha sonra Heydər Əliyev mərkəzində bayram konsertina başlanılıb. Şənlikdə tanınmış müğənnilər də iştirak ediblər. Bundan başqa, rayonda Heydər Əliyevin şərəfinə güllərdən hazırlanmış eksponatların sərgisi keçirilir. Sərgidə Heydər Əliyevin eksponatları nümayiş olunur. Eyni zamanda, Avropa Oyunlarına həsr olunmuş eksponatlar da sərgilənir. Qeyd edək ki, Gül bayramını qeyd etmək üçün yüzlərlə rayon sakini əraziyə axın ediblər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.