Türkiyənin Giresun vilayətində orta məktəb direktoru otağında döyülüb. Direktor məktəb şagirdlərindən birinin atası tərəfindən hücuma məruz qalıb. Məktəb direktoru Ömər Göbelin şagirdlərdən birinin valideynlərini otağında qəbul edib. Söhbət əsnasında valideynlərlə direktorun sözü çəp gəlib. Bu zaman əsəblərini cilovlaya bilməyən ata oğlunu və arvadını otaqdan çıxarıb. Özü isə direktora hücum edib. O, direktora ağır xəsarətlər yetirib. “Aldığım zərbələr nəticəsində ayağım sındı. Başımda şişlər var. Gözüm göyərib. Bədənimdə də ağrılar var. Təbii ki, aldığım zərbələrin nəticəsi sonradan məlum olacaq”, - deyə məktəb direktoru bildirib. Baş verən hadisə müşahidə kamerası vasitəsilə çəkilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.