Mahir Emreli hücuma məruz qaldığı üçün "Legiya"dan ayrılmağa qərar verib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istəyir.
Cia.az "Sportfakty" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.
Forvard müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə də saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.
Emrelinin növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.
Qeyd edək ki, fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb