banner
banner

İdman

Mahir döyülməyini həzm edə bilmir: “Legiya“dan ayrılır

Mahir döyülməyini həzm edə bilmir: “Legiya“dan ayrılır

Millimizin futbolçusu Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir.

Cia.az xəbər verir ki, 24 yaşlı hücumçu Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.

Onun müqaviləni ləğv etmək variantını ciddi şəkildə düşündüyü bildirilir. Hətta millimizin üzvünün bununla bağlı vəkillərlə əlaqə saxladığı vurğulanıb.

Qeyd edək ki, tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanan Emreliyə həkimlər 2 günlük istirahət tövsiyə edib. Buna görə onun "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.

Xatırladaq ki, azarkeşlər "Visla" ilə oyundan sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.