Müğənni Roza Zərgərli "SözBaz" verilişinin qonağı olub.
Sənətçi bədən quruluşunu plastik əməliyyatla düzəltdirdiyini iddia edənlərə səslənib. İfaçı Əməkdar artist Elza Seyidcahanla aralarında yaşanan qalmaqaldan bəhs edib:
"Elza ilə düşmən deyiləm. O məni yandıran insan da deyil. Elza yaşca məndən böyük olan, gündəmdə qalıb 3-5 manat qazanmaq istəyən adamdır. Elza bəstəkar kimi mənim gözümdə yüksək təbəqədə ola bilər. İfaçı, xanım, sənət yoldaşım, rəfiqəm kimi isə yox. Çünki mən ona qarşı heç vaxt pis olmadım. Hörmətsizlik etmədim. Mən ona "Elza" deyə belə müraciət etmədim. O isə dedi ki, "fiquranla məşğul ol". Mənim bədən quruluşumun harasınınsa əməliyyatla başa gəldiyini sübut edən bir nəfər olsa, tibbi dəlillərlə qarşıma gəlsə, ona 10 min manat verəcəm"
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.