“Eurovision” təmsilçimiz Elnur Hüseynovun İstanbulda planlaşdırdığı parti baş tutub. Gecənin aparıcılığını Hüsniyyə Məhərrəmova və türkiyəli Cess Molho edib. Mərasimə qardaş ölkədə yaşayan azərbaycanlı model Günay Musayeva və türkiyəli müğənni Betül Demir də qatılıb. Partini onlayn izləyən tamaşaçılar selfi çəkdirib, elektron ünvana göndəriblər. Onlar arasında on nəfər seçilərək, Vyanada baş tutacaq “Eurovision” yarışmasına bilet əldə edib. Gecədə mahnılar səsləndirən E.Hüseynov ona ünvanlanan sualları cavablandırıb, yeni planlarından danışıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.