banner
banner

Gündəm

Əli İnsanovun PA-da qəbulu nəyi dəyişəcək?

Əli İnsanovun PA-da qəbulu nəyi dəyişəcək?

Politoloq Elxan Şükürlü ötən gün Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşünü şərh edib.

Cia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən E. Şükürlü siyasəti şahmata bənzədərək rəqibinin hər gedişinin nəyə hesablandığını öncədən çözməyi bacarmalı və zamanında əks tədbirlər almağı vacib hesab edib: 

“Bunu bacarmayanın uduzacağı elə ilk gedişlərdən bəllidir. AXCP və Müsavat rəhbərliyindən fərqli olaraq, HƏP sədri, akademik Əli İnsanovun Prezident İlham Əliyevin Brüsseldə olduğu bir vaxtda Prezident Administrasiyasının dəvətini qəbul etməsi, Prezidentin müxalifətlə siyasi dialoq prosesini aparmağı həvalə etdiyi Ədalət Vəliyevlə görüşməsi və görüşdən çıxdıqdan sonra da olduqca ölçülü açıqlaması onu deməyə əsas verir ki, o, həm qurucularından biri olduğu hakimiyyətə çox yaxşı bələddir, həm də özü hansı addımı haçan atmağın gərəkliyini çox yaxşı bilən, şəraiti düzgün qiymətləndirən, hisslərinə yenilməyən səbirli və təmkinli adamdır. Əli İnsanov indiki şəraitdə prezident İlham Əliyevlə təhdid və ultimatumla danışmağın kimsəyə fayda verməyəcəyini çox yaxşı anlayanlardandır.

Rəqibi və şəraiti düzgün qiymətləndirmədən ətrafını boşuna qurban vermək ağlına deyil, emosiyalarına – hikkə və kininə yenilən siyasətçinin işidir ki, burada da qələbə yox, ancaq və ancaq acı məğlubiyyət var. Qurban getmək, itirmək riski yaranıbsa da, Lider çəkinmədən bu missiyanı öz üzərinə götürməlidir ki, həm qərarın məsuliyyətini özü daşısın, həm də tərəfdarlarının gözündə gerçəkdən də ölümə getməyə hazır lider olduğunu sübuta yetirərək, onların sonsuz inamını, tükənməz sevgisini qazansın”.

Onun sözlərinə görə, Əli İnsanov 14 illik dustaq həyatında güclü xarakterə malik olduğunu həm hakimiyyətdəkilərə, həm də müxalifətdəkilərə göstərmişdi və bu xarakteriylə də öz keçmişini unutduraraq, cəmiyyətin müəyyən təbəqəsinin rəğbətini qazanmağı bacarmışdı:

“Dünənki davranışıylasa o, qisas hissinə yenilmədiyini, tərəfdarlarını boşuna qırğına aparmaq istəyində olmadığını və rəqibiylə dialoqdan, üz-üzə oturub danışmaqdan qorxmadığını növbəti dəfə nümayiş etdirdi. Onun bu addımı dialoq prosesinə, iqtidar-müxalifət münasibətlərindəki gərginliyin götürülməsinə yeni nəfəs verəcək və hər şeydən əvvəl, hakimiyyətlə dialoqa gedənləri “avtobus müxalifəti” adlandıraraq təhqir etdirənlərin özlərini siyasətlərini dəyişməyə vadar edəcək”.

Xatırladaq ki, Əli İnsanov 16 ildən sonra PA-ya dəvət almasını yüksək qiymətləndirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.