banner
banner

İdman

Millimizin rəqibləri bu gün bəlli olacaq

Millimizin rəqibləri bu gün bəlli olacaq

Bu gün UEFA Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılacaq.
Cia.az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. Belə ki, C Liqasında yer alan Canni de Byazili yığmamız püşkatmaya 3-cü səbətdən qatılacaq.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

A Liqası

1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika

2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya

3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya

4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan

B Liqası

1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya

2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya

3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya

4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan

C Liqası

1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya

2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya

3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo

4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları

D Liqası

1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta

2-ci səbət: Latviya, San-Marino, Andorra

​Millətlər Liqasının təqvimi

I tur: 2 - 4 iyun

II tur: 5 - 8 iyun

III tur: 9 - 11 iyun

IV tur: 12 - 14 iyun

V tur: 22 - 24 sentyabr

VI tur: 25 - 27 sentyabr

Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.