“Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin Riqa sammiti Avropa İttifaqının həmin ölkələrdə sabitliyin və sülhün möhkəmlənməsinə kömək etmək niyyətini təsdiqləmək məqsədi daşıyır. Bunu Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs deyib. O, “Şərq Tərəfdaşlığı” ölkələrinin Riqa sammiti ərəfəsində Romada keçirilən “Aİ və onun qonşuları: irəliyə doğru yol” mövzusunda konfransda bildirib ki, “Şərq Tərəfdaşlığı”nın məqsədi tərəfdaş dövlətlərin təsisatlarını möhkəmləndirməklə, vətəndaş cəmiyyətinin daha geniş iştirakını və işgüzar əlaqələrin inkişafını təmin etməklə, hər bir iştirakçı ölkənin maraq və ehtiyaclarına münasib və müvafiq əməkdaşlığı inkişaf etdirməkdir.
A.Pildeqoviçsin sözlərinə görə, “Şərq Tərəfdaşlığı” ölkələrinin Riqa sammiti “Avropanın birliyi üçün aydın siqnal olacaqdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.