banner
banner

Dünya

Olland 3 il əvvəlki hadisəni etiraf etdi

Olland 3 il əvvəlki hadisəni etiraf etdi

"Silah embarqosuna baxmayaraq, 2012-ci ildə Suriya qiyamçılarına silah göndərilməsi barədə göstəriş verdim".
Bunu Fransa prezidenti Fransua Olland tanınmış jurnalist Ksavye Panona müsahibəsində deyib.
O bildirib ki, silahların göndərilməsinə tam əmin olduqdan sonra başlanılıb: "Düşündük ki, silahlar nəticədə etibarlı əllərə düşəcək. Bizim xidmət orqanlarımız ağır silah çatdırmaqla məşğul olurdu. Söhbət artilleriya sistemləri, pulemyotlar, qumbaraatanlar və s silahlardan gedir. Beləliklə, 2012-ci ildə qiyamçıların silahlandırılmasına yardım göstərdik".

Onun sözlərinə görə, Avropa İttifaqının 2003-cü ilin mayınadək Suriyaya silah göndərilməsinə embarqo qərarı qüvvədə idi. Hazırda Fransa Suriya qiyamçılarına yalnız texniki vasitələr, o cümlədən gülləkeçirməz jiletlər və gecəgörmə cihazları ilə təmin edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.