banner
banner

Dünya

Rusiya feysbuku cərimələdi

Rusiya feysbuku cərimələdi

Rusiya tələb etdiyi, qadağan olunmuş məzmunu silmədiyinə görə sosial media şirkətlərini cəzalandırmaqda davam edir.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Twitter” və “Tiktok” sosial şəbəkələrində tətbiq edilən cəzalardan sonra “Facebook”a da cərimə tətbiq edilib.

 
 

Məhkəmə “Facebook”un sahibi ABŞ-ın “Meta” şirkətini cərimələyib. Səbəb kimi şirkətin tələb olunan qadağan olunmuş məzmunu silməməsi göstərilib.

Bildirilir ki, Rusiya “Facebook”u üç ayrı iş üzrə 13 milyon rubl cərimələyib.

Rusiyada əvvəlkilərlə birlikdə “Facebook”a bu il tətbiq edilən ümumi cərimə 83 milyon rubl təşkil edib.

Qeyd edək ki, eyni məhkəmə müvafiq səbəbə görə, “Twitter”i təxminən 125 min 656 dollar və Çin paylaşım platforması “Tiktok”u isə 50 min 300 dollar cərimələyib.

Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin məlumatına görə, “Meta”, “Google”, “YouTube”, “Twitter” və “TikTok” kimi şirkətlər hələ də tələb olunan 5500-ə yaxın məzmunu silməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.