banner
banner

Sağlamlıq

Kişilər mütləq oxusun!

Kişilər mütləq oxusun!
Amerikalı elm adamları, həftədə 3 saat templi gəzintinin, prostat xərçəngi müalicəsi alan adamların şikayətlərini azaldaraq, həyat keyfiyyətini artırdığını bildirib.
 ABŞ-dakı Northwestern Universitetindən Siobhan Phillips, prostat xərçəngi müalicəsi alan 51 mindən çox adamın göstəricilərini təhlil etdiklərini ifadə edərək həftədə 3 saat gəzinti bu xəstələrdə müalicə sonrası tez-tez görülən yorğunluq, depressiya, artıq kilo və sidik qaçırma kimi şikayətləri əhəmiyyətli nisbətdə azaltdığını vurğulayıb.
 Ağırlıq qaldırmayın
 Phillips, sürətli gəzintinin, üzgüçülük, velosipedə minmə, tennis kimi idmandan   daha çox təsirli olduğunu vurğulayıb. Yürüşə 5-10 dəqiqəlik müddətlərlə başlanmasını və bu müddətin mərhələli olaraq artırılmasını təklif edən Phillips, sidik qaçırma problemi olanların ağırlıq qaldırmamasınıni lazım olduğunu söyləyib. Araşdırmanın nəticələri, "Journal of Cancer Survivorship: Research and Practice" jurnalında dərc olunub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.