Prodüser ailəsi ilə birgə təyyarə qəzasında öldü - Fotolar
Yüngül mühərrikli özəl təyyarə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən Las-Amerika hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan sərnişinlər həlak olub.
Cia.az xəbər verir ki, olay nəticəsində həyatını itirənlər arasında "Flow Movie" ləqəbli 36 yaşlı musiqi prodüseri Xose Angel Ernandes də olub. Onunla yanaşı 31 yaşlı həyat yoldaşı, 4 yaşlı azyaşlı övladı da qəzada dünyasını dəyişib.
Bəzi mənbələr prodüserin digər ailə üzvlərinin də təyyarədə olduğunu istisna etmir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.