banner
banner

Şou

“Hörümçək adam”ların gəlirləri açıqlandı

“Hörümçək adam”ların gəlirləri açıqlandı

 

 

“Hörümçək adam” silsiləsindən sonuncu filmin bu günlərdə dünya nümayişinə çıxmasının ardından indiyədək baş qəhrəmanları canlandıran aktyorların qonorarları açıqlanıb.

Məlum olub ki, indiyədək silsilədən ən yüksək gəlir əldə edən Tobi Maquaerdir.

 

O, 2002-ci ildə ekranlara çıxmış ilk “Spider-Man”ə görə 4, ikincisinə görə 17.5, üçüncüsünə görə isə 15 milyon dollar alıb.

2012 və 2014-cü illərdə istehsal olunmuş “Möhtəşəm hörümçək adam” filmlərində baş rolu ifa edən Endryu Qarfild ilk filmdən yarım, ikincisindən isə iki milyon dollar qonorar əldə edib.

Sonuncu “Hörümçək adam” olan Tom Holland isə “Spider-Man: Homecoming” (2017) filmi üçün 1.5, “Spider-Man: Far From Home” (2019) üçünsə 4 milyon dollar alıb.

Mənbə: “Haber Global”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.