Lüksemburqla Türkiyə arasında siyasi gərginlik yaşanıb. Lüksemburq parlamentinin son qəbul etdiyi qanun layihəsindən sonra Türkiyə ilə münasibətlərində soyuqluq yaranıb. 1915-ci il hadisələrinin 100-cü ildönümünü tanıyan ölkələr arasına qatılan Lüksemburqun verdiyi qərar səbəbilə Türkiyə xarici işlər nazirliyinin Lüksemburqdakı səfiri Levent Şahinkayanı geri çağırdığı bildirilir. “Lüksemburq parlamentinin tarixi həqiqətləri və hüququ təhrif edərək verdiyi qərarı qınayır və şiddətlə rədd edirik. Lüksemburq parlamentariləri pözlərini beynəlxalq məhkəmələrin yerinə qoyaraq soyqırım kimi ciddi bir əməl haqqında hökm verirlərsə, deməli tarixi və hüququ çeynəmiş olurlar.
Türkiyə ermənilərlə ortaq tarixinin ağrılı səhifələrini şərəflə və qarşılıqlı hörmət içində anmağa davam edəcək. Məsələ ilə bağlı fikirlərimiz nazirliyə çağrılan Ankaradakı Lüksemburq səfirinə də çatdırılıb.
Türkiyənin Lüksemburqdakı səfiri Levent Şahinkaya isə müəyyən müzakirələr səbəbilə Ankaraya çağrılıb”, – deyə Türkiyə XİN-nin yazılı açıqlamasında bildirilir.
Qeyd edək ki, ötən gün Lüksemburq parlamenti 1915-c il hadisələri ilə bağlı qanun layihəsi qəbul edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.