“Uşaq Avroviziyası-2021” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ermənistan təmsilçisi Malena yarışma sonrası təmsilçimiz Sona Əzizova ilə qucaqlaşmasından danışıb.
Cia.az “Armenpress” nəşrinə istinadən xəbər verir ki, o, daha əvvəl Sona ilə danışmadığını, ünsiyyət qurmadıqlarını deyib.
Malena bildirib ki, Sonaya pis münasibət bəsləmir, çünki o da onun kimi bir qızdır.
Qeyd edək ki, dekabrın 19-da Parisdə keçirilən “Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena olub. O, 224 xalla birinci pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi Sona Əzizova isə 151 xalla 5-ci yeri tutub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.