Böyük Britaniyada keçirilən parlament seçkilərində seçki məntəqələri bağlanıb və səslər sayılmağa başlayıb. "Exit-poll" nəticələrinə əsasən, Mühafizəkarlar 316 qazanaraq ən böyük paritya olacaq - amma hökumət qurmaq üçün lazım olan 326 yer almayacaq. İngiltere, Şotlandiya, Uels ve Şimali İrlandiyada təxminən 42 milyon seçici yerli saatla 07.00-den 22.00-a qədər səsvermədə iştirak ediblər. BBC, ITV və Sky telekanalları üçün NOP/Mori-nin apardığı sorğunun nəticələrinə əsasən ikinci yerdə 239 yerlə Leyboristlər partiyası olacaq. SNP-nin (Şotlandiya Milli Partiyası) 58 yer, Liberal Demokratların 10 yer, UKIP-in 2 yer və Yaşılların 2 yer qazanacağı proqnozlaşdırılır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.