Ekspert: “Fransa prezidentliyinə namizədin Qarabağa səfəri təxribatdır”
“Fransa prezidentliyinə namizəd, İl de Frans Region Şurasının sədri Valeri Pekresin Xankəndiyə səfəri Azərbaycanla Fransanın münasibətlərinə mənfi təsir göstərən təxribatdır”.
Bunu “Report”a ekspert və politoloq Zaur Məmmədov bildirib.
“Təəssüf ki, Fransa siyasətçiləri tərəfindən daha bir təxribat addımının şahidi olduq. Valeri Pekresin qarşıdakı prezident seçkisi ərəfəsində Fransanın müxtəlif bölgələrini dolaşaraq təbliğatla məşğul olmaq əvəzinə, uzaq Ermənistana, daha sonra Xankəndiyə səfəri təəccüb doğurur. Mənə elə gəlir ki, seçki günü fransızlar ondan bunu soruşacaqlar”, - ekspert deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan regionda nəqliyyat və rabitə layihələrinin icrasına tərəfdar çıxmaqla yanaşı, başçılıq etdiyi hökumət Qarabağda bu kimi açıq təxribatlara yol verir: "Əlbəttə, burada sülhməramlıların da xeyli məsuliyyət payı var.
Politoloq Rusiya sülhməramlılarının bu cür səfərləri Azərbaycan hökuməti ilə razılaşdırmalı olduqlarını diqqətə çatdırıb: “Laçın dəhlizi həmin ərazilərə əcnəbilərin, həm də təxribatçıların gəlməsi üçün açılmayıb. Bu kimi səfərlər Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə mənfi təsir göstərir və Azərbaycan, Ermənistan, Rusiya arasındakı üçtərəfli razılaşmanın şərtlərinə ziddir. Bu cür təxribatlara yol verənlər həm də yerli erməni əhalisinə böyük zərər verir ki, bu da dolayı yolla Ermənistan vətəndaşlarına təsirsiz ötüşməyəcək. İrəvan da başa düşməlidirlər ki, müəyyən qüvvələr onlardan öz məqsədləri üçün istifadə edirlər”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.