banner
banner

İdman

Buffon: “Ronaldo “Yuventus”un sistemini pozdu”

Buffon: “Ronaldo “Yuventus”un sistemini pozdu”

“Parma”nın əfsanəvi qapıçısı Canluici Buffon “Yuventus”un cari mövsümdəki uğrusuz çıxışını yayda “Mançester Yunayted”ə keçən Kriştiano Ronaldo ilə əlaqələndirib.

Apasport.az saytının məlumatına görə, veteran qolkiper sabiq komanda yoldaşının “qoca sinyora”dakı illərinin onlara ziyan vurduğunu söyləyib.

Buffonun fikrincə, 2018-ci ildə portuqaliyalını transfer etmək ən böyük yanlışlıq idi: “2017-ci ildə Çempionlar Liqasının finalına qədər gedəndə təcrübəli komanda olmaqla yanaşı, həm də əsl kollektiv idik. Bu ruhu Ronaldo gələndən sonra itirdik. Bir sözlə o, “Yuventus”un sistemini pozdu. Ronaldonun “Yuventus”dakı ilk mövsümündə PSJ-də idim. Sonrakı iki mövsümü birlikdə keçirdik. Çox işlər gördük, amma bir kollektiv ola bilmədik”.

Qeyd edək ki, Kriştiano Ronaldo “Yuventus”da keçirdiyi 134 oyunda 101 qol vurub, 22 məhsuldar ötürmə verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.