Danimarka hökuməti nağdsız hesablaşmalar cəmiyyətinə keçidi sürətləndirəcək yeni islahatlar hazırlayıb. Belə ki, ölkə hakimiyyəti bir sıra mağaza, restoran və digər ticarət nöqtələrinə ödənişi nağd pulla edən müştərilərə xidmət göstərməmək üçün icazə verib. Bu tələblər 2016-cı ilin əvvəlindən etibarən hazırkı hakimiyyətin seçkiqabağı kampaniyası çərçivəsində qüvvəyə minəcək. Yeni iqtisadi siyasətə əsasən, pərakəndə satışla məşğul olan geyim mağazaları, kafe və yanacaqdoldurma məntəqələri bundan sonra nağd pulun qəbulunu nəzərdə tutan normalara riayət etməyə bilərlər. Plana uyğun olaraq ərzaq mağazaları, poçt şöbələri, apteklər, həkimlər və stomatoloqlar müştərilərə həm nağd, həm nağdsız ödənişlə xidmət göstərəcəklər. Layihə parlament tərəfindən təsdiqlənməlidir. Hökumət hesab edir ki, təklif pərakəndə satışla məşğul olanlara təzyiqi xeyli azaldacaq. Çünki nağd ödənişlərin qəbulu əlavə maliyyə və inzibati yüklənməyə səbəb olur. Danimarka əhalisi kart ödənişlərinə fəal şəkildə keçir. Bu səbəbdən əksər istifadəçilər üçün hökumətin yenilikləri hiss edilmədən keçəcək. Danimarka Ticarət Palatasının nümayəndələri qeyd edib ki, bu addım xərcləri azaldacaq və ödənişlərin qəbulunu asanlaşdıracaq, - "Payspacemagazine” yazır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.