“Transfermarkt” İngiltərə Premyer Liqası oyunçularının bazar dəyərini yeniləyib.
Dəyişiklik transfer qiyməti 45 milyon avrodan 35 milyon avroya düşən “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronalduya da təsir edib.
Qeyd edək ki, 36 yaşlı Ronaldu 2021-ci ilin avqustundan “qırmızı şeytanlar”ın heyətində çıxış edir. O, “Yuventus”dan 15 milyon avroya alınıb.
Bu mövsüm portuqaliyalı hücumçu Premyer Liqadakı 13 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5 oyununda 6 qola imza atıb.
Ronaldunun klubla müqaviləsi 2023-cü ildə başa çatır. “Transfermarkt”ın məlumatına görə, hücumçu maksimum transfer dəyərinə 2014-cü ildə (120 milyon avro) “Real”da oynayarkən malik olub.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb