“Gənc yaşlarımda daha çılğın idim. Keçmiş kadrlarıma baxanda özüm özümdən utanıram ki, kaş cavab verməyəydim”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.
Yaşadığı qalmaqallardan danışan sənətçi dediyi sözlərdən utandığını etiraf edib:
“İndi də ünvanıma nəsə eşidəndə, gülümsəyib keçirəm. Bəlkə o insan da istəmədən, bilmədən ünvanıma nəsə dedi. Həyat o qədər qısadır ki... İnsanların bəzisi bunu başa düşür. Amma çoxu anlamalıdır ki, bir-birimizi yeməməliyik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.