Qış mövsümündə aşağı hava temperaturu normal qan dövranını pozduğu üçün saçın keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edə, hətta keçəlləşməyə səbəb ola bilər.
Cia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı dermatoloq və trixoloq Yuliya Qallyamova danışıb. O, bildirib ki, saç tökülməsinin qarşısını almaq üçün qışda papaq taxmaq vacibdir.
“Saçlarınızı sağlam saxlamaq üçün soyuq havada papaqla gəzmək lazımdır. Çünki aşağı temperatur damarların spazmına səbəb olur və buna uyğun olaraq saç kökünün qan dövranı zəifləyir. Müntəzəm olaraq papaqsız gəzirsinizsə, bilin ki, bu, saçların qırılma və seyrəlmə riskini artırır”, - ekspert izah edib.
Bu, ümumi sağlamlığa da aiddir: papaq taxmamaq üz sinirinin nevriti, dərinin donması və digər problemlərə yol açır. Qallyamova bildirib ki, papaq taxılmalı olan temperatur səviyyəsini söyləmək çətindir.
“Hər bölgədə havanın temperaturu rütubətdən asılı olaraq fərqli qəbul edilir. Amma orta hesabla mənfi beş dərəcəyə qədər papaqsız gəzmək olar. Bundan sonra onu geyinmək lazımdır”, - mütəxəssis vurğulayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.