banner
banner

Gündəm

ATV-nin keçmiş vitse-prezidentinə AzTV-də yüksək vəzifə

ATV-nin keçmiş vitse-prezidentinə AzTV-də yüksək vəzifə

Azad Azərbaycan Televiziyasının keçmiş vitse-prezidenti Həsən Abdullayevə AzTV-də vəzifə verilib.
Cia.az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, Həsən Abdullayev televiziya layihələri üzrə baş prodüser təyin edilib. Bildirilir ki, kanalın yeni layihələrinin bir çoxu H.Abdullayevə tapşırılıb. Daxil olan digər məlumata görə, Həsən Abdullayev artıq bir neçə aydır ki, bu kanalda fəaliyyət göstərir. Məlumatı AzTV-dəki mənbələr təsdiqləyib.

Məlumat üçün bildirək ki, bu vaxta kimi AzTV-də baş prodüser vəzifəsi olmayıb. Bu post xüsusi olaraq H. Abdullayev üçün yaradılıb. Ona yaxın vaxtlarda kanalda daha yüksək səlahiyyətlər veriləcəyi gözlənilir.

Qeyd edək ki, H. Abdullayev bir neçə il ATV-də vitse-prezident vəzifəsində çalışıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.