“Roskosmos” 2022-2024-cü illərdə NASA ilə birlikdə ildə çarpaz uçuş həyata keçirməyi planlaşdırır.
"İldə ən azı bir inteqrasiya olunmuş komanda formalaşdırmağı planlaşdırırıq", - Roqozin bildirib.
O, daha əvvəl bildirmişdi ki, rus kosmonavtlar korpusunda yeganə qadın olan Anna Kikina 2022-ci ildə kosmosa ilk uçuşunu edəcək. O, çarpaz uçuş proqramı çərçivəsində “Crew Dragon”da uçan ilk şəxs ola bilər.


