Bakı-Sumqayıt şosesində sıxlıq var. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Biləcəri dairəsi aparılan təmir bərpa işləri ilə əlaqədar bağlı olduğundan hazırda Bakı-Sumqayıt şosesində sıxlıq müşahidə olunur. Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən sürücülərə Badamdar yolu və ya Salyan şosesindən, Sumqayıt şəhər istiqamətində hərəkət edən sürücülərə isə Binəqədi şosesindən istifadə etmələri tövsiyə olunur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.