banner
banner

Sosİal

Bölgələrdə yürüş keçiriləcək

Bölgələrdə yürüş keçiriləcək

Silahlı Qüvvələrin şəxsi heyətinin nizami yürüşü keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da saat 10:00-dan 14:00-dək Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin nizami keçidi təşkil ediləcək.
Bununla yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.
Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:
- Azadlıq meydanı ilə üzbə-üz fəvvarələrin yanı; 
- Dənizkənarı Milli Parkdakı nəhəng çarx-karuselin yanı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı.
Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u və 10-da saat 10:00-dan 14:00-dək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.