23 və 24 dekabr tarixlərində Bakıda Qazaxıstanın Aktau OR1 inteqrasiya olunmuş əməliyyat blokunun açılışının 10 illiyi münasibətilə “OR1 FEST” endocərrahiyə konfransı keçirilib.
Konfrans çərçivəsində Bakı, Aktau, Nur-Sultan, Almatı, Taldıkorqan, Moskva, Minsk kimi inteqrasiya edilmiş əməliyyatxanaların mövcud olduğu şəhərlərdən əməliyyatların canlı yayımı təqdim edilib. Cərrahlar yayımda öz təcrübələrini bölüşərək, inteqrasiya olunmuş əməliyyat otaqlarında işləməyin imkanları və üstünlükləri barədə danışıblar. Tədbirdə ölkəmizi Respublika Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinin rəhbəri - DR. İlqar İsmayılov təmsil edib.
Daha əvvəl yoğun bağırsağın şişi nəticəsində bağırsaq keçməzliyi diaqnozlu xəstəyə açıq əməliyyat və kolostomiya icra edilib.
Bu dəfə canlı yayımda həmin xəstəyə daha müasir üsullar tətbiq edilərək ikinci əməliyyat icra edildi. Və nəticədə, şiş nahiyəsinə stend yerləşdirilib və əməliyyat daha az riskli radikal, kolostomasız laporoskopik üsulla icra edilib.
Ən çətin əməliyyatların uğurla icrasını həyata keçirən komandamız öz təcrübələrini beynəlxalq həmkarlarla bölüşərək milli səhiyyənin nailiyyətlərini nümayiş etdirməkdədir.
İki əsrdən çox əvvəl azərbaycanlı diplomat Avropanın ən nüfuzlu gizli təşkilatlarından birinə qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə "Milli Kimlik" tarixi mənbələrə istinadla məlumat yayıb.
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.
Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.
İyun ayı ulduzların bizə qarşı xüsusilə comərd olduğu bir dövrdür. Astrolojik proqnozlara görə, bu ay elə günlər var ki, uğur sanki öz ayağı ilə gəlir. Həyatınızda yenilik etmək və ya yeni layihəyə başlamaq istəyirsinizsə, mütləq bu tarixləri seçməlisiniz.
Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur.
Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər