Böyük Britaniya parlamentinə ən gənc deputat təmsil olunacaq. 20 yaşlı namizəd Mairi Blakın seçkilərdə qələbə qazanması ölkə mətbuatında sensasiya doğurub. Mətbuat yazır ki, o, Şotlandiyadakı Millətçi Partiyanı təmsil edir və 1667-ci ildən indiyədək Böyük Britaniyada ən gənc deputat statusunu qazanıb. Bəzi KİV-lər və sosioloji xidmətlər mühavizəkarların parlamentdə böyük çoxluq təşkil edəcəkləri barədə exzit-polun nəticələrinin şübhə doğurduğunu yazıb: "Üç sorğu təşkilatının apardığı rəy sorusunda mühavizəkarlarla leyboristlər arasında fərq elə də böyük olmayıb."
Xatırladaq ki, seçkilətdə 650 dairədən 635-i üzrə məlumatların toplanmasından sonra mühafizəkarlar parlamentdə 320, leyboristlər 227, Şotlandiya Milli Partiyası 56, liberal-demokratlar 8 və Birləşmiş Krallığın Müstəqillik Partiyası 1 yer qazanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.