banner
banner

Dünya

Rusiya vətəndaşlığını almaq sadələşdirilir

Rusiya vətəndaşlığını almaq sadələşdirilir

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanun layihəsini Dövlət Dumasına təqdim edib.

 Cia.az“Lenta.ru”ya istinadən xəbər verir ki, qanun layihəsi dövlət başçısına Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ olan şəxslərin kateqoriyalarını müəyyən etmək üçün daha çox səlahiyyətlərin verilməsini təklif edir.

Sadələşdirilmiş vətəndaşlıq əldə etmək hüququ xüsusi olaraq Rusiyada bu ölkənin vətəndaşı olan qohumları olan şəxslərə şamil olunacaq. Bundan əlavə, könüllü köçürmə proqramının iştirakçıları olan keçmiş SSRİ vətəndaşları və onların uşaqları, həmçinin Rusiya İmperiyasında və ya SSRİ-də Rusiya Federasiyasının indiki sərhədləri daxilində daimi yaşayanların nəsillərindən olan şəxslər də eyni imkana malik olacaqlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.