“Azərişıq” ASC-də Avropa Oyunlarına hazırlıq prosesi gedir. Bununla yanaşı qurum əməkdaşları, qarşıda gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Artıq qurumda növbətçilik təşkil edilib, zəruri olan materialların, transformatorların ehtiyatı yaradılıb. Bayram günlərində enerji istehlakçılarının, tədbirlərin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəzanın qarşısının alınması üçün zəruri tədbirlər görülüb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlər müvəqqəti olaraq dayandırılacaq. Abonentlər istər şəhərlərdən, istərsə də rayonlar, qəsəbə və kəndlərdə yarana biləcək hər hansı problem ilə əlaqədar “199 saylı qəza xidməti”nə məlumat vermə bilərlər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.