Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin maliyyə-iqtisadi siyasət və sosial zəmanətlərin təminatı departamentin müdiri Svetlana Perovanı işdən çıxarıb. Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi internet saytında xəbər yerləşdirilib. Perova Rusiya milisinin tarixində birinci general-mayor və həmçinin birinci general-leytenant rütbəsini almış qadındır. Bundan başqa Boris Yeltsin ona "Rusiya Federasiyasının əməkdar iqtisadçısı" fəxri adı verib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bü gün 20 generalı vəzifəsindən azad edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.